ABŞ və İsrailin İrana qarşı mümkün müharibəsi nəticəsində yaranan enerji tədarükü böhranı Avropa da daxil olmaqla bir çox regiona təsir göstərə bilər.
“İki sahil” xəbər verir ki, bu barədə Beynəlxalq Enerji Agentliyinin rəhbəri Fatih Birol Atlantik Şurasında çıxışı zamanı bildirib.
Onun sözlərinə görə, böhran yanacaq qiymətlərinin artmasına və malların əlçatanlığının azalmasına səbəb olur.
Xüsusilə aviasiya və dizel yanacağı sahəsində Avropada ciddi çətinliklər gözlənilir. Birol əlavə edib ki, münaqişənin davam etməsi qlobal iqtisadi proqnozların pisləşməsinə və inflyasiyanın artmasına gətirib çıxara bilər.
Pakistan bölgədə gərginliyin azalmasına kömək edəcək şərait yaratmağa çalışır
Britaniya aeroportlarında texniki nasazlıq səbəbindən 1,9 min reys ləğv edilib
İspaniya bu qədər kütləvi qeyri-qanuni miqrant axınını gözləmirdi - Pedro Sançes