Türkiyənin Antalya şəhərində güləş üzrə “Zəfər kuboku” davam edir.
“İki sahil” xəbər verir ki, U17 yaş qrupu üzrə keçirilən ənənəvi turnirin ikinci günündə 6 güləşçimiz fəxri kürsüyə yüksəlib. Sərbəst güləşdə Hüseyn Rzazadə (48 kq) gümüş, Abbas Şəfiyev (55 kq) və Elgün Kərimli (92 kq) isə bürünc medal qazanıb. Yunan-Roma güləşində isə Ömər Salmanovla (48 kq) Qurban Məcnunov (55 kq) bütün görüşlərini qələbə ilə başa vuraraq qızıl medalın sahibi olublar. Yusif Mirzəyev (48 kq) isə gümüş medalı boynundan asıb.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar