Böyük Britaniya astrofizikləri yeni ekzotik planet aşkarlayıblar. Belə ki, bu planetdə gecələr yaqut və sapfir daşından yağış yağır. Yeni aşkarlanmış “NAT-P-7b” planeti Günəş sistemindən təxminən min işıq ili uzaqlığında yerləşir. Alimlər yeni planeti “Kapler” teleskopu vasitəsilə aşkarlayıblar. Ekzotik kosmik obyekti alimlər dörd il müddətində tədqiq ediblər və bu zaman ərzində belə bir hadisənin şahidi olublar.
Böyük Britaniyanın Uorika universitetinin astronomları bildiriblər ki, bu planetin Günəşə doğru olan tərəfində temperatur 2500 selsi dərəcədə donur, lakin gecələr isə 1300 dərəcəyə qədər soyuyur.
Devid Armstroq qeyd edib ki, səma əsasən planetin gecə tərəfində formalaşır. Daha sonra isə güclü qasırğa buludları planetin gündüz tərəfinə doğru qarışdırır və burada buxarlanma prosesi baş verir. Küləyin sürəti tez-tez anidən dəyişir, buna görə də, buludların çoxu formalaşır, sonra isə itir.
Sirli planetin buludları bərk minerallarla zəngindir. Bu minerallar məhz yaqut və sapfir daşının tərkib hissəsini təşkil edir. Gecələr burada yağan yağış damcıları sudan yox, qiymətli daş damcılarından ibarət olur. Bundan başqa, bu minerallar, həmçinin digər bahalı daşların əsas tərkib hissəsidir. Bərk mineralların buxarlanması nəticəsində uzaq səmada sapfir və yaqutun kondensasiyası baş verir.
Yeni kəşf göstərib ki, təkcə “NAT-P-7b” planetində belə bir eqzotik hadisə baş vermir. Son illərdə qurğuşun və şüşə tərkibli buludların olduğu və “romantiklərin arzuları” adlı yeni planetlər də aşkarlanıb. Bu planetdə gün ərzində üç dəfə Günəşin doğuşunu və batmasını izləmək mümkündür.
Könül Əliyeva, “İki sahil”