16 aprel 2026 00:37
115

İran ABŞ ilə danışıqların ikinci mərhələsi barədə qərarı məsləhətləşmələrdən sonra qəbul edəcək

İran ABŞ ilə danışıqların növbəti mərhələsi barədə qərarı Tehrana səfər etmiş Pakistan ordusunun baş komandanı Asim Munirin rəhbərlik etdiyi nümayəndə heyəti ilə məsləhətləşmələr başa çatdıqdan sonra qəbul edəcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Tasnim” agentliyi mənbəyə istinadla məlumat yayıb.

Mənbənin sözlərinə görə, Livanda atəşkəsin əldə olunması İranın növbəti raundla bağlı qərar verməsi üçün müsbət siqnal olub, lakin ABŞ danışıqlar prosesində məntiqli çərçivələrə riayət etməlidir.

Qeyd edək ki, aprelin 11-də İran və ABŞ İslamabadda bir neçə raund danışıqlar aparıblar. Tərəflər bildiriblər ki, bir sıra ziddiyyətlər səbəbindən münaqişənin uzunmüddətli tənzimlənməsi ilə bağlı razılıq əldə etmək mümkün olmayıb. Tehran ilə Vaşinqton arasında dialoqun irəliləməsi perspektivləri qeyri-müəyyən olaraq qalır.