Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Məşğulluq Agentliyi ABŞ-nin “Global Tech Awards” beynəlxalq müsabiqəsində 2 nominasiya üzrə uğur qazanıb.
“İki sahil” xəbər verir ki, müsabiqədə Agentliyin “Məzunların məşğulluq reytinqi” platforması və qurumun məşğulluq sahəsində həyata keçirdiyi rəqəmsal layihələri “Təhsil texnologiyaları” və “Dövlət texnologiyaları” kateqoriyaları üzrə xüsusi mükafatlara layiq görülüb.
https://www.globaltechaward.com/winners?c=6389da74ad5492e1a64d7cb2
Müsabiqədə Azərbaycanla yanaşı, ABŞ, Böyük Britaniya, Avstraliya, Türkiyə, Belçika və digər ölkələrin dövlət və özəl qurumları da iştirak ediblər.
“Global Tech Awards” innovasiya, yaradıcılıq və texnoloji nailiyyətləri rəhbər tutaraq, qlobal miqyasda müstəsna texnoloji həlləri müəyyən edən nüfuzlu beynəlxalq platformadır.