Rusiyanın Finlandiyadakı səfiri Pavel Kuznetsov bildirib ki, Finlandiya bu il nüvə silahına malik qırıcı təyyarələr alacaq.
“İki sahil” xəbər verir ki, o, bu barədə TASS-a bildirib.
"Bu il Finlandiya tərəfindən ABŞ-dan alınan 64 ədəd F-35A çoxməqsədli qırıcı təyyarədən birincisi gəlməyə başlayacaq və yeri gəlmişkən, istənildiyi təqdirdə nüvə silahı daşıya biləcək", - deyə o bildirib.
Daha əvvəl media orqanları Fransanın Rusiyanı çəkindirmək üçün Finlandiyaya nüvə silahı verə biləcəyi barədə məlumat yaymışdı.
Tramp İsveçrədə ABŞ və İran arasında sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər
Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib