16 aprel 2026 17:40
156

Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.

Aprelin 16-da gənclər və idman naziri Fərid Qayıbov Dünya Kapoeyra Federasiyasının prezidenti Rodriqo Furbino Qomes ilə görüşüb.

“İki sahil” xəbər verir ki, qonağı salamlayan nazir ölkəmizdə idman sahəsində görülən işlər və əldə olunan nailiyyətlər barədə məlumat verib. Görüşdə Azərbaycanda kapoeyra idman növünün inkişaf perspektivləri, beynəlxalq əməkdaşlığın genişləndirilməsi məsələləri müzakirə olunub.

Görüşdə Azərbaycan Kapoeyra Federasiyasının prezidenti Günel Muradova və federasiyanın digər məsul şəxsləri də iştirak ediblər