16 aprel 2026 19:06
168

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39-cu ildönümünə həsr olunmuş tədbir keçirilib

Mirvarid Dilbazi Poeziya Məclisi İctimai Birliyinin təşkilatçılığı ilə Gəncliyə Yardım Fondunda görkəmli ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39-cu ildönümünə həsr olunmuş tədbir keçirilib.

“İki sahil” xəbər verir ki, tədbiri giriş sözü ilə Mirvarid Dilbazi Poeziya Məclisi İB-nin sədri Güllü Eldar Tomarlı açdı, qonaqları salamladı, tədbir haqqında məlumat verib.

Dövlət himnimiz səsləndirildi. Şəhidlərimizin əziz xatirəsi bir  dəqiqəlik sükutla yad edilib.

Söz Hüseyn Saraçlının tədqiqatçısı Rəşad Saraçlıya verildi. O, qeyd etdi ki, Hüseyn Saraçlı yaradıcılığı geniş təbliğ olunmalıdı. Onun zəngin arxivi  var. Hələ işıq üzü görməyən dastanları, şeirləri, ona ünvanlanan saysız məktubları Hüseyn Saraçlısevərləri gözləyir.

Tədbirdə ustad aşıq Cahangir Quliyev, Fikrət Borçalı ustadın sözlərini saz havası üstə ifa etdilər.  Fərman Bədəlov, Fərizxan Cəfərov, Zəlimxan Borçalı, Yaşar Kamaloğlu, Azad Ədbülrəhmənov Hüseyn Saraçlı haqqında xatirələrini danışdılar, şeirlərini səsləndiriblər.

Aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə və vəfatının 39- cu ildönümünə həsr olunmuş tədbir aşıq  Cahangir Quliyevin ifasında müxəmməs saz havası ilə sona çatıb.