17 aprel 2026 08:49
98

BVF 2019-cu ildən bəri ilk dəfə Venesuela ilə əlaqələrini bərpa edib

Beynəlxalq Valyuta Fondu (BVF) 2019-cu ildən bəri ilk dəfə Venesuela ilə əlaqələrini bərpa edib.

“İki sahil” xəbər verir ki, bu barədə fondun mətbuat xidmətinin yaydığı bəyanatda bildirilib.

Sənəddə qeyd olunur: “BVF-də səsvermə hüquqlarının əksəriyyətini təmsil edən üzv ölkələrin mövqeyi nəzərə alınaraq və müəyyən edilmiş təcrübəyə uyğun olaraq, İdarəedici direktor Kristalina Georgieva aprelin 16-da Venesuela hökuməti ilə əlaqələrin bərpasını elan edib. Əlaqələr Prezident komissarı Delsi Rodrigesin rəhbərliyi altında həyata keçiriləcək”.

Bəyanatda xatırladılır ki, Venesuela 1946-cı ilin dekabrından BVF-nin üzvüdür. Həmçinin qeyd olunur ki, ölkə ilə əlaqələr hökumətin tanınması ilə bağlı çətinliklər səbəbindən 2019-cu ilin mart ayında dayandırılmışdı.