Fransa NATO-nun baş katibi Mark Rutte və Avropa Komissiyasının rəhbəri Ursula von der Lyayeni Hörmüz boğazı ilə bağlı sammitə dəvət etməkdən imtina edib.
“İki sahil” xəbər verir ki, bu barədə "Financial Times" yazı.
Məlumata görə, Paris Böyük Britaniyanın təklifini rədd edərək, bu şəxslərin Parisdə keçiriləcək görüşdə iştirakını məqsədəuyğun hesab etməyib. Qəzetin istinad etdiyi üç rəsmi şəxs bildirir ki, Fransa onların adlarını Keir Starmer tərəfindən təqdim olunan dəvət siyahısından iki dəfə çıxarıb.
Mənbələrin sözlərinə görə, Paris sammitdə yalnız dövlət rəhbərlərinin iştirak etməsinə üstünlük verib.
Gözlənilir ki, tədbirdə təxminən 40 ölkə iştirak edəcək.
Bundan əvvəl isə Almaniyanın Hörmüz boğazında mümkün minalardan təmizləmə missiyasına hazırlıq apardığı bildirilmişdi.
Tramp İsveçrədə ABŞ və İran arasında sazişin imzalanması mərasimində şəxsən iştirak edə bilər
Tramp Hörmüz boğazının tam açıldığını və blokadanın aradan qaldırıldığını elan edib