17 aprel 2026 19:38
166

Hikmət Hacıyev: Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir

Biz uzun illər forumlara müharibə və münaqişə gündəmi ilə qatılırdıq, lakin indi artıq sülh gündəmi ilə gəlirik. Müharibə başa çatıb və Azərbaycan regionda sülh gündəliyinə tam sadiqdir. Azərbaycan bu istiqamətdə konkret addımlar ataraq, Ermənistan tərəfi ilə praqmatik əməkdaşlıq həyata keçirir və sülh gündəliyini real müstəviyə keçirir. Bu addımlar iki ölkə arasında etimadın möhkəmlənməsinə xidmət edir.

“İki sahil” xəbər verir ki, bu fikirləri Azərbaycan Prezidentinin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev ADF2026 çərçivəsində keçirilən “Cənubi Qafqaz: Strateji mərkəz olmaq yolunda” mövzusunda panel sessiyada səsləndirib.

Hikmət Hacıyev bildirib ki, artıq Ermənistan və Azərbaycan arasında ticarət əlaqələri formalaşmağa başlayır: “Uzunmüddətli perspektivdə regionda sülh və təhlükəsizliyi təmin edəcək yeni regional təhlükəsizlik arxitekturası qurulur. Gələcəyə baxaraq, Gürcüstan, Ermənistan və Azərbaycan arasında əməkdaşlıq imkanlarının genişləndiyi inklüziv Cənubi Qafqaz regionunu görürük”.