BMT Baş katibi Antonio Quterreş İranın Hörmüz boğazının bütün ticarət gəmiləri üçün tamamilə açmasını alqışlayıb.
“İki sahil” xəbər verir ki, Quterreş bunun düzgün istiqamətdə atılmış addım olduğunu deyib.
“BMT-nin mövqeyi aydın olaraq qalır. Hörmüz boğazında hər kəs tərəfindən hörmət edilən beynəlxalq naviqasiya hüquq və azadlıqlarının tam bərpasına ehtiyac var. Həmçinin ümid edirəm ki, atəşkəslə birlikdə bu tədbir tərəflər arasında etimadın yaradılmasına və Pakistanın da asanlaşdırdığı davam edən dialoqun gücləndirilməsinə töhfə verəcək”, - deyə bəyanatda qeyd edilir.
Tramp müharibənin başa çatmasından sonra neft qiymətlərinin aşağı düşəcəyini vurğulayıb
İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya ala biləcəyi barədə xəbərdarlıq edib