Qadın futbolçulardan ibarət Azərbaycan millisi dünya çempionatının seçmə mərhələsində dördüncü oyununu bu gün keçirəcək.
“İki sahil” xəbər verir ki, C Liqasının 3-cü qrupunda yer alan komanda Andorra yığması ilə qarşılaşacaq.
Bakıdakı "Bank Respublika Arena"da təşkil olunacaq görüş saat 17:00-da start götürəcək.
Xatırladaq ki, Azərbaycan millisi hazırda altı xalla qrupda ikinci pillədə qərarlaşıb. Lider Macarıstanın yeddi, üçüncü sıradakı Şimali Makedoniyanın üç, dördüncü yerdəki Andorranın bir xalı var.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar
Tacikistan millisinin baş məşqçisi: Biz əlimizə düşən imkanlardan yararlana bilmədik