Göyçayda bıçaqlanma hadisəsi baş verib.
“İki sahil” xəbər verir ki, hadisə şəhər ərazisində qeydə alınıb.
Belə ki, 19 yaşlı Xəyyam Məmmədli şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı rayon sakini, 36 yaşlı Elvin Umudova kəsici alətlə xəsarət yetirib.
Yaralı dərhal xəstəxanaya yerləşdirilib.
Polis əməkdaşlarının keçirdiyi tədbirlər nəticəsində hadisəni törətməkdə şübhəli bilinən şəxs saxlanılaraq istintaqa təhvil verilib.
Faktla bağlı araşdırma aparılır.
Tramp müharibənin başa çatmasından sonra neft qiymətlərinin aşağı düşəcəyini vurğulayıb
İran ABŞ-ni Hörmüz boğazını tam blokadaya ala biləcəyi barədə xəbərdarlıq edib