Misli Premyer Liqasının 28-ci turunda “Qarabağ” Tofiq Bəhramov adına Respublika stadionunda “Sabah”ı qəbul edib.
“İki sahil” yazır ki, oyunda yeganə qolu 45-ci dəqiqədə “Sabah”ın futbolçusu Abdulax Xaybulaev vurub.
Bununla da “bəyquşlar” minimal hesablı qələbəni təmin edərək lider mövqelərini bir az da möhkəmləndiriblər.
Qeyd edək ki, “Sabah” 28 oyundan 69 xal toplayaraq turnir cədvəlinə liderlik edir. Bir oyun az keçirən “Qarabağ” isə 56 xalla ikinci pillədə qərarlaşıb.
Misli Premyer Liqası,
28-ci tur
18 aprel (şənbə)
19:30. “Qarabağ” 0-1 “Sabah”
Qol: Abdulax Xaybulaev, 45
Tofiq Bəhramov adına Respublika Stadionu
Məhərrəm Ağalaroğlu, “İki sahil”
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar
Tacikistan millisinin baş məşqçisi: Biz əlimizə düşən imkanlardan yararlana bilmədik