"Real"ın müdafiəçisi Raul Asensionun səhhəti ilə bağlı rəsmi açıqlama verilib.
“İki sahil” xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb. Bir müddət əvvəl ispaniyalı futbolçunun səhhətində yaranan problemlərə görə iki həftə ərzində 6 kiloqram çəki itirdiyi bildirilirdi. Madrid təmsilçisinin yaydığı bəyanatda gənc oyunçuya bakterial enterokolit diaqnozu qoyulduğu təsdiqlənib.
Beləliklə, məcburi istirahətə yollanan Raul Asensio "kral klubu"nun qarşıdan gələn matçında komandasına kömək edə bilməyəcək. Alvaro Arbeloanın rəhbərlik etdiyi komanda aprelin 21-də İspaniya La Liqası çərçivəsində öz meydanında "Alaves"i qəbul edəcək.
Qeyd edək ki, "Real" hazırda turnir cədvəlində lider "Barselona"dan 9 xal geri qalır.
Millilərimiz 46-cı Ümumdünya Şahmat Olimpiadasında növbəti oyunlarını bu gün keçirəcəklər
Sarayevoda keçirilən veteranlar arasında dünya çempionatında çıxışlarını başa vurublar
Tacikistan millisinin baş məşqçisi: Biz əlimizə düşən imkanlardan yararlana bilmədik