İranın xarici işlər naziri Abbas Əraqçi ilə pakistanlı həmkarı Məhəmməd İshaq Dar arasında telefon danışığı baş tutub.
“İki sahil” xəbər verir ki, bu barədə A. Əraqçinin "Telegram" kanalında məlumat paylaşılıb.
"İran və Pakistanın xarici işlər nazirləri ən son regional və beynəlxalq proseslər, eləcə də ikitərəfli münasibətlər barədə fikir mübadiləsi aparıblar", - məlumatda bildirilib.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb