Ukrayna Ordusunun Pilotsuz Sistemlər Qüvvələrinin (PSQ) elit bölməsinin hərbçiləri dünyada ilk dəfə olaraq suüstü platformadan buraxılmış dron vasitəsilə "Şahed" pilotsuz uçuş aparatını (PUA) vurmağa nail olublar.
“İki sahil” Ukrayna mediasına istinadən xəbər verir ki, tapşırığı dəniz təlimləri zamanı 412-ci əlahiddə "Nemesis" PSQ operatorları yerinə yetiriblər.
"Bu, dəniz və hava pilotsuz imkanlarının inteqrasiyasının yeni səviyyəsidir. Önləyici dronların yerləşdirilməsi üçün suüstü daşıyıcıların tətbiqi hava təhdidlərinə qarşı mübarizə imkanlarını genişləndirir və Ukrayna şəhərlərinin müdafiəsi üçün əlavə eşelon formalaşdırır", - məlumatda qeyd olunur.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb