Sakit Okeanın Samoa sahillərində 6,1 maqnitudalı zəlzələ baş verib.
“İki sahil” xəbər verir ki, bu barədə Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzi məlumat verib.
Məlumata görə, yeraltı təkanlar Samoanın paytaxtı Apiadan 246 km cənub-qərbdə qeydə alınıb, ocağı 36 km dərinlikdə baş verib.
Hər hansı tələfat və ya dağıntı barədə məlumat verilmir, sunami təhlükəsi elan olunmayıb.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb