“Pegasus” aviaşirkətinə məxsus Sankt-Peterburq–İstanbul marşrutu üzrə uçan təyyarə sərnişinlərdən birinin vəziyyətinin qəfil pisləşməsi səbəbindən Buxarestdə məcburi eniş edib.
“İki sahil” xəbər verir ki, “Airbus A321” təyyarəsi “Pulkovo Airport” hava limanından havaya qalxdıqdan təxminən 2,5 saat sonra qəza siqnalı verib. Təyyarə eniş etdikdən sonra göyərtəyə həkimlər qalxıb, sərnişinin hospitalizasiyası məsələsinə baxıblar. Onun vəziyyətinin pisləşməsinin səbəbləri dəqiqləşdirilir.
Xatırladaq ki, 2022-ci ildən Avropa İttifaqının tətbiq etdiyi məhdudiyyətlər səbəbindən Rusiya ilə Rumıniya arasında birbaşa hava əlaqəsi mövcud deyil, lakin fövqəladə hallarda təyyarələrin ölkə ərazisinə enişinə icazə verilir.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb