Ağ Ev rəhbəri Donald Tramp İranın ABŞ ilə danışıqlarda iştirak etməyə davam edəcəyinə inanır.
“İki sahil” xəbər verir ki, o, aprelin 20-də radio aparıcısı Con Frederiksə verdiyi müsahibədə İranın nüvə proqramı barədə danışarkən belə deyib.
"Onlar danışıqlarda iştirak edəcəklər. Əgər iştirak etməsələr, əvvəllər qarşılaşmadıqları problemlərlə üzləşəcəklər. Ümid edirəm ki, onlar ədalətli bir razılaşma əldə edəcəklər və ölkəni yenidən quracaqlar", - deyə Ağ Ev rəhbəri əlavə edib.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb