Bu gün saat 20:20 radələrində "28 May" stansiyasında sərnişin qatar yoluna düşüb.
“İki sahil” xəbər verir ki, bu barədə "Bakı Metropoliteni" QSC-dən məlumat verilib.
Bildirilib ki, dərhal təmas relsindən yüksək gərginlik çıxarılıb və təcili tibbi yardım xidməti əraziyə çağırılıb.
İlkin məlumata əsasən, həkimlərin səyinə baxmayaraq, sərnişinin həyatını xilas etmək olmayıb.
Yüksək gərginlik bərpa edildikdən sonra qatar sərnişinsiz yola salınıb və "Nərimanov" stansiyasından elektrik deposuna göndərilib.
Hadisə ilə bağlı intervaldan əlavə yubanmalar yaranıb.
Vətən Müharibəsi Şəhidi Zeynallı Rəşad Qiyas oğlunun doğum günündə əziz xatirəsi yad edildi
Qaradağ rayonunda Ümummilli Lider Heydər Əliyevin anadan olmasının 103-cü ildönümü ilə əlaqədar tədbirlərə start verilib