Ermənistanın Aİ-yə daxil olması ölkəyə ÜDM-in 23%-nə başa gələcək.
“İki sahil” TASS-a istinadla xəbər verir ki, bunu Rusiya Təhlükəsizlik Şurasının katibinin müavini Aleksey Şevtsov bildirib.
"Ən təvazökar və mühafizəkar hesablamalara görə, Aİ-yə qoşulmaq Ermənistana ÜDM-in təxminən 23%-nə başa gələcək, əmək bazarının kütləvi şəkildə daralması... və inflyasiyanın 22,6 faiz bəndi artması isə həyat səviyyəsinin əhəmiyyətli dərəcədə aşağı düşməsinə səbəb olacaq"- deyə, o, bildirib.
Avropa diplomatiyasının rəhbəri Kaya Kallas əvvəllər bildirmişdi ki, Aİ Ermənistanda "dezinformasiya" ilə mübarizə aparmaq üçün missiya yaradacaq.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb