Avropa Komissiyası Rusiya neftinin daşınmasına qoyulan qadağanı 20-ci sanksiya paketindən çıxarıb.
“İki sahil” xəbər verir ki, bu barədə Brüsseldə bir diplomat TASS-a bildirib.
"Avropa Komissiyası 27 Aİ ölkəsinin səfirlərinə Rusiyaya qarşı 20-ci sanksiya paketini qəbul etmək və ondan (Avropa daşıyıcıları tərəfindən) Rusiya neftinin daşınmasına tam qadağanı çıxarmaq təklifi təqdim edib", - deyə o, bildirib.
Agentliyin mənbəyinə görə, sığorta da daxil olmaqla, bu daşımalar üçün xidmətlərin göstərilməsi də məhdudiyyətlər siyahısından çıxarılıb.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb