22 aprel 2026 13:31
150

Slovakiya sabah neft tədarükünün bərpa olunacağını gözləyir

"Drujba" boru kəməri ilə Slovakiyaya neft tədarükünün 23 aprel səhəri bərpa olunacağı gözlənilir.

“İki sahil” xəbər verir ki, bu barədə Slovakiyanın iqtisadiyyat naziri Denisa Sakova sosial şəbəkə hesabında bildirib. O, əlavə edib ki, Ukrayna bu səhər Belarusdan boru kəmərini doldurmağa başlayıb.

21 apreldə Ukrayna prezidenti Zelenski boru kəmərində təmir işlərinin başa çatdığını elan edib. Boru kəməri döyüşlər zamanı zədələnib və 27 yanvarda əməliyyatları dayandırılıb.

Bu gün Macarıstanın MOL neft şirkəti "Drujba" boru kəmərinin Ukrayna operatoru olan Ukrtransnafta-nın Macarıstan və Slovakiyaya neft tranzitini bərpa etməyə hazır olduğunu açıqlayıb.

"Reuters" xəbər verir ki, tədarüklər 22 aprelin günortadan sonra başlayacaq.