Aprelin 21-də baş vermiş texniki insidentlə əlaqədar “Bakı Metropoliteni” QSC-də operativ tədbirlər davam etdirilir.
“İki sahil” xəbər verir ki, QSC-dən bildirlib ki, görülən işlər nəticəsində saat 12:00-dan etibarən xətlər üzrə 28 cüt qatarın hərəkəti təmin olunub. Qatarlararası intervalların mərhələli şəkildə azaldılması istiqamətində tədbirlər həyata keçirilir.
Yenilənmiş hərəkət intervalları aşağıdakı kimidir:
• “Əhmədli–28 May” istiqaməti üzrə interval 2 dəqiqə 30 saniyədən 2 dəqiqə 8 saniyəyədək azaldılıb,
• “28 May–Dərnəgül” istiqaməti üzrə interval 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyədək endirilib,
• “28 May–İçərişəhər” istiqaməti üzrə interval da 5 dəqiqədən 4 dəqiqə 15 saniyəyədək azaldılıb.
Qatarlararası intervalların daha da optimallaşdırılması və sərnişindaşımanın tam bərpası istiqamətində işlər davam etdirilir.