Hökumət əleyhinə etirazlara görə ölüm hökmünə məhkum edilmiş səkkiz iranlı məhbus qadın İran hakimiyyəti tərəfindən əfv edilib.
“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Prezidenti Donald Tramp "Truth Social" platformasında yazıb.
"Dörd qadın dərhal azad ediləcək, dördü isə bir aylıq həbs cəzasına məhkum ediləcək", - deyə o vurğulayıb. Prezident İran hökumətinə onun "xahişini yerinə yetirdiyi" və edamı ləğv etdiyi üçün minnətdarlığını bildirib.
Aprelin 21-də Eyal Yakobi adlı istifadəçi səkkiz qadının fotoşəkillərini dərc edib və onların yaxın vaxtlarda edam ediləcəyini bəyan edib. Tramp həmin yazını paylaşıb və Tehranı iranlı qadınları əfv etməyə çağırıb. İranın məhkəmə orqanları isə iddia edirlər ki, qadınlar heç bir ölüm hökmünə məhkum edilməyiblər.
Sabiq Pentaqon rəhbəri: ABŞ və İran arasında silahlı münaqişə daha 6 ay davam edə bilər
Fransada dövlət qulluğunun səkkiz əsas həmkarlar ittifaqı tətil və etiraz aksiyaları keçirməyə çağırıb