24 aprel 2026 20:47
108

Naxçıvanda aprel ayı üzrə bütün növ sosial müavinətlər ödənilib

Naxçıvan Muxtar Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu tərəfindən muxtar respublika üzrə aprel ayı üçün sosial müavinət, təqaüd, kompensasiya və ünvanlı dövlət sosial yardım ödənişləri başa çatdırılıb.

“İki sahil” xəbər verir ki, bu barədə nazirliyin mətbuat xidməti məlumat yayıb.