28 aprel 2026 11:47
152

Dünyanın 45 ölkəsindən 447 şirkət sərgilərdə iştirakını təsdiq edib - Bəhruz Hidayətzadə

İndiyədək “Caspian Agro Week”, “InterFood Azerbaijan”, eləcə də "Horeca Caspian” sərgilərində dünyanın 45 ölkəsindən 447 şirkət iştirakını təsdiq edib.

“İki sahil” xəbər verir ki,  bunu "Caspian Event Organisers" şirkətinin icraçı direktoru Bəhruz Hidayətzadə 19-cu Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı Sərgi və Forumuna həsr olunmuş mətbuat konfransında deyib.

O bildirib ki, sərgilərin coğrafiyası Azərbaycanla yanaşı, Almaniya, Amerika Birləşmiş Ştatları, Belarus, Benin, Böyük Britaniya, Braziliya, Cənubi Koreya, Cənubi Sudan, Çexiya, Çin, Gürcüstan, Efiopiya, Fil dişi sahili, Finlandiya, Fransa, Hindistan, İndoneziya, İspaniya, İsveç, İtaliya, Kamerun, Latviya, Meksika, Misir, Niderland, Nigeriya, Polşa, Qana, Qazaxstan, Rusiya Federasiyası, Seneqal, Somali, Şri-Lanka, Tanzaniya, Tayland, Türkiyə, Türkmənistan, Yunanıstan, Yaponiya, Vyetnam, Zambiya və digər ölkələri əhatə edir.

B.Hidayətzadə qeyd edib ki, sərgilər çərçivəsində Almaniya, Belarus, Braziliya, Gürcüstan, İtaliya, Koreya, Niderland və İndoneziya milli qruplar formatında öz kənd təsərrüfatı və qida sənayesi məhsullarını təqdim edəcəklər: "AFAZ (Africa-Azerbaijan Cooperation) ayrıca stendlə iştirak edəcək və bu stenddə aşağıdakı ölkələrdən olan şirkətlər təmsil olunacaq: Benin Respublikası, Cənubi Sudan Respublikası, Efiopiya Federativ Demokratik Respublikası, Fil Dişi Sahili Respublikası, Kamerun Respublikası, Nigeriya Federativ Respublikası, Qana Respublikası, Seneqal Respublikası, Somali Federativ Respublikası, Tanzaniya Birləşmiş Respublikası, Zambiya Respublikası. Qeyd etmək lazımdır ki, AFAZ və Braziliya bu sərgilərə ilk dəfə qatılır".