Sosial sığorta fiziki şəxslərin itirilmiş əmək haqlarının, gəlirlərinin və ya əlavə xərclərinin kompensasiya edilməsinə, habelə itirilməsinin qarşısının alınmasına yönəldilmiş təminat formasıdır. “İki sahil” xəbər verir ki, əmək fəaliyyəti ilə məşğul olan hər kəs sosial sığorta sistemində iştirak etməklə qeyd edilən hallarda sosial təminatla əhatə olunmaq hüququ qazanmış olur. Yəni, sosial sığorta hadisəsinin baş verməsi ilə sığortaolunanın sığorta təşkilatından sığorta ödəməsi almaq hüququ yaranır.
“Sosial saat”ın budəfəki buraxılışında da məcburi dövlət sosial sığorta, habelə fərdi uçotun təşkili, idarə olunması məsələrindən bəhs olunacaq.
4 may saat 11:30-da DOST TV-də canlı yayımlanacaq verilişdə Nazirliyin tabeliyindəki Dövlət Sosial Müdafiə Fondunun Sosial Sığorta və Fərdi Uçot üzrə Mərkəzi Filialının direktoru Hüseyn Paşayev ilə bu mövzu ətrafında danışılacaq, həmçinin izləyiciləri maraqlandıran suallar cavablandırılacaq.