01 may 2026 13:56
110

Rusiya ilə dialoq hazırda mənasızdır - Estoniya Prezidenti

Estoniya Prezidenti Alar Karis Moskva ilə danışıqlar barədə fikirlərini müdafiə edib.

“İki sahil” xəbər verir ki, bu barədə ERR məlumat yayıb.

O, Rusiya lideri Vladimir Putinlə dialoqun hazırda mənasız olduğunu və münasibətlərin bərpasının yalnız Rusiya daxilində dəyişikliklərdən sonra mümkün olduğunu izah edib.

Karis əvvəllər Avropanın 2022-ci ildə Rusiya ilə danışıqlara başlamamaqla səhv etdiyini bildirib.

Karis həmçinin münaqişə bitdikdən sonra Rusiya ilə əlaqələrin bərpasına hazırlaşmağın vacibliyini qeyd edib.