Sosial şəbəkələrdə aprelin 30-u Bakıda Milli Onkologiya Mərkəzində baş verən partlayış zamanı xəsarət alan həkim Asif Nəsirlinin ölməsi barədə məlumatlar yayılıb. Bildirilir ki, həkimlərin səyinə baxmayaraq, A.Nəsirli bu gün dünyasını dəyişib.
“İki sahil” xəbər verir ki, məsələ ilə bağlı Baş Prokurorluqdan Oxu.Az-ın sorğusuna cavab olaraq bildirilib ki, yayılan məlumatlar həqiqəti əks etdirmir.
“Partlayış nəticəsində xəsarət alan həkim Asif Nəsirlinin vəziyyəti ağırdır, müalicəsi davam etdirilir. Həkimin ölməsi ilə bağlı yayılan məlumat yalandır”, - açıqlamada vurğulanıb.
FHN tərəfindən Yevlax şəhərində texniki təhlükəsizliyə dair seminar-müşavirə keçirilib
BDU və Satbayev adına Qazax Milli Tədqiqat Texniki Universiteti arasında anlaşma memorandumu imzalanıb