01 may 2026 20:13
166

Naxçıvan Dövlət Universitetində professor Nadir Məmmədlinin kitabının təqdimatı olub

1 mayda Naxçıvan Dövlət Universitetində Nəsimi adına Dilçilik İnstitutunun direktoru  professor Nadir Məmmədlinin “1926-cı il Türkoloji Qurultay: tarixi zəminində, arxiv sənədlərində, milli mətbuatda” adlı kitabının təqdimatı keçirilib.

“İki sahil” xəbər verir ki, tədbirdə Naxçıvan Dövlət Universitetin rektoru professor Elbrus İsayev, AMEA -nın müxbir üzvü professor Əbülfəz Quliyev, professor Səadət Həsənova və dosent Zülfiyyə İsmayıl çıxış ediblər. Çıxışlarda 1926-cı il Türkoloji  Qurultayın Azərbaycan tarixində mühüm mərhələ təşkil etdiyi vurğulanıb, nəşrin zəngin arxiv materialları və dövri mətbuat əsasında hazırlandığı qeyd olunub. Bildirilib ki, kitabda qurultayın keçirilmə səbəbləri, tarixi konteksti, qəbul edilən qərarlar və onların sonrakı ictimai-siyasi proseslərə təsiri elmi əsaslarla təhlil edilir.

Sonda müəllif çıxış edərək tədbir iştirakçılarına təşəkkürünü bildirib və əsərlə bağlı fikirlərini bölüşüb.