02 may 2026 01:23
86

"Şərq-Qərb" nəqliyyat dəhlizi ilə daşınmış yüklərin həcmi açıqlandı

2025-ci ildə “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi 16,910 milyon ton təşkil edib.

“İki sahil” xəbər verir ki, bu barədə Azərbaycan Dövlət Statistika Komitəsi məlumat yayıb.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 72 min ton və ya 0,4% azdır.

Belə ki, 2024-cü ildə “Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə daşınmış yüklərin həcmi 16,982 milyon ton olub.

Hesabat dövründə “Şərq-Qərb” nəqliyyat dəhlizi ilə daşınmış yüklərin 8,173 milyon tonu “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizinin payına düşüb. Bu isə 2024-cü illə müqayisədə 149 min ton və ya 1,8% azdır.

Qeyd edək ki, 2025-ci ildə nəqliyyat dəhlizləri üzrə daşınmış yüklərin ümumi həcmi 32,6 milyon ton təşkil edib.

2025-ci ildə nəqliyyat dəhlizləri üzrə dəmir yolu nəqliyyatı ilə 14,3 milyon ton, avtomobil nəqliyyatı ilə 11,1 milyon ton, dəniz nəqliyyatı ilə isə 7,2 milyon ton yük daşınıb.

“Şərq-Qərb” nəqliyyat dəhlizi üzrə yükdaşımaların həcmi 16,9 milyon ton olub, o cümlədən: “Avropa-Qafqaz-Asiya” nəqliyyat dəhlizi üzrə 8,2 milyon ton, “Şimal-Cənub” nəqliyyat dəhlizi üzrə 9,3 milyon ton, “Şimal-Qərb” nəqliyyat dəhlizi üzrə 5,8 milyon ton, “Cənub-Qərb” nəqliyyat dəhlizi üzrə isə 533,6 min ton.

Tranzit yüklər dəmir yolu nəqliyyatı ilə daşımaların 46,2%-ni, avtomobil nəqliyyatı ilə 42,3%-ni və dəniz nəqliyyatı ilə 93,3%-ni təşkil edib.

Məlumata görə, bu göstərici 2024-cü illə müqayisədə 72 min ton və ya 0,4% azdır.