Qarabağ Universitetində yaradılan şərait və akademik mühit yüksək standartlara cavab verir və bu, xarici tələbələrin də cəlb olunması üçün əlverişli zəmin yaradır.
“İki sahil” xəbər verir ki, bu barədə AZƏRTAC-a açıqlamasında Birləşmiş Ərəb Əmirliklərinin (BƏƏ) Azərbaycandakı səfiri Məhəmməd Əl Bluşi deyib.
Səfir Qarabağa səfəri çərçivəsində bölgədə həyata keçirilən yenidənqurma və təhsil layihələrini yüksək qiymətləndirib.
Diplomat Azərbaycan ilə BƏƏ arasında münasibətlərin strateji tərəfdaşlıq səviyyəsində olduğunu vurğulayaraq qeyd edib ki, iki ölkə arasında əməkdaşlıq dinamik şəkildə inkişaf edir. Onun sözlərinə görə, BƏƏ nümayəndə heyətinin Azərbaycana son səfəri çərçivəsində müxtəlif nazirliklərlə – energetika, iqtisadiyyat, səhiyyə və xarici işlər sahələrində səmərəli görüşlər keçirilib.
Məhəmməd Əl Bluşi əlavə edib ki, BƏƏ Azərbaycanda, xüsusilə neft-qaz və təmiz enerji sahələrində aktiv investisiyalar həyata keçirir. O, Qarabağ bölgəsində də biznes və investisiya imkanlarının geniş olduğunu bildirərək, gələcəkdə bu istiqamətdə əməkdaşlığın daha da artırılmasının nəzərdə tutulduğunu diqqətə çatdırıb.
Braziliya səfiri: Qarabağda yeni şəhər infrastrukturunun qurulması olduqca sürətlə aparılır
“Ermənistan və Azərbaycan arasında davam edən kövrək sülh prosesinə zərbə vurmağa, dövlətlərarası münasibətləri korlamağa çalışırlar” - AÇIQLAMA