03 may 2026 10:51
108

Azərbaycandan keçməklə Ermənistana 8 vaqon gübrə göndəriləcək

Bu gün Azərbaycan ərazisindən tranzit keçməklə 8 vaqon gübrə Ermənistana göndəriləcək.

“İki sahil” xəbər verir ki, bu barədə “Azərbaycan Dəmir Yolları” QSC-dən məlumat verilib.

Vaqonların saat 12:00-da Biləcəri stansiyasından yola salınması gözlənilir.

Qeyd edək ki, aprelin 30-da Azərbaycan ərazisindən keçməklə Ermənistana Rusiya taxılı və gübrəsi daşıyan 7 vaqondan ibarət yük qatarı göndərilib.