17 dekabr 2016 01:40
16963

Evdə tutuquşu saxlayanlar, bunlara diqqət!

Bir çoxlarımız ev heyvanlarını və quşları sevsək də, nədənsə onları evdə saxlamağa ehtiyyat edirik.  ATV.az hər həftə sizə ev heyvanları haqqında ətraflı məlumat verəcək.

Bu dəfə Tutuquşu haqqında danışacağıq.

Bəziləri tutuquşuları adətən civildəyən və ya ağılsızcasına sözləri təkrarlayan quş kimi tanıyır. Lakin son 30 ilin araşdırmalarına görə, tutuquşular daha çox şeyə qadirdilər, nəinki sözləri təkrar etməyə. Tutuquşular 4-6 yaşlı uşağın beyin səviyyəsinə bərabər olan linqvistik məsələləri həll edə, rəqəmləri tanıya bilirlər. Onlar söz və söz birləşmələrini də rahatlıqla təkrar edirlər.

Tutuquşuların istidə qalma dərəcəsi

Tutuquşular  5 dərəcədən -25 dərəcəyə kimi temperaturda qala bilirlər. Tutuquşunun saxlamağın daha yaxşı temperaturu  15-20 dərəcədir. Tutuquşların xəstələnməməyi üçün onları yelçəkəndən qorumaq lazımdır. 

Tutuquşuların yumurtalama vaxtı

Tutuquşular əgər öz yarını seçibsə 8-9 aylıqında, əgər seçməyibsə bir az gec yumurtalayırlar.

Tutuquşuların əsəbi və hücuma keçəcəyini bilməyin yolu

Tutuquşu qanadlarını havaya doğru açır, dimdiyi açıq və boşluğa doğru dənləmə hərəkətləri edirsə, əsəbidir.  O zaman ehtiyatlı olmaq lazımdır, çünki tutuquşu hücuma keçəcək. Belə olduğu halda tutuquşunu sakitləşənə qədər tək buraxmaq lazımdır.  

Tutuquşuların diqqəti cəlb etmək üçün davranış qaydaları

Bəzən tutuquşunuz uçurmuş kimi qanadlarını çırpar və ən vəhşi qışqırıqlar edər. Bu ani hücum cəhdi ətrafını qorxutmaq üçündür. Əgər quşunuzun çağırmalarına cavab verməsəniz və uzun müddət onunla maraqlanmasanız, diqqət çəkmək və özü ilə maraqlanılmasını təmin etmək üçün bu yola müraciət edəcək.

Tutuquşuların sıxıldıqlarını bilməyin yolu

Özünün tez-tez və diqqətlə araşdırıldığını hiss edən bir tutuquşu utancaqlıq vəziyyətinə düşür. Başını qaşıyar, bir ayağı ilə digərinin üzərinə basar, öz oxu ətrafında dönər. Bu zamanlarda ona maraq göstərməlisiniz.

Tutuquşuların hansı oyunları xoşladığını öyrənmək üçün etdiyi hərəkət

Tutuquşu üçün ən gözəl oyuncaq kəndirdən, üstündə düyünlər olan bir parça ip, sərt içi dolu rezin top, 10 sm boyunda kəsilmiş və üzəri qabıqlı yaş ağac budaqlarıdır.

Tutuquşuların qəfəsinə bunları qoymaq olmaz

Qəfəsə asılmış ayna, zəng və ya səs çıxardan zınqırovlar tutuquşuların sinirlərini pozur. Başlarını qəfəsin içərisində sağa-sola vurmalarına səbəb ola bilər.

Tutuquşlar necə tüklənir

 Tutuquşlarda əvvəlcə quyruq, qanad, baş hissəsi, sonra kürəy, daha sonra sinə hissəsi tüklənir. 

Tutuquşuların xəstələndiyini necə bilmək olar

Tutuquşunun gözləri qızararsa və yeməkdən imtina edirlərsə, dimdik hissəsinin rəngi dəyişirsə, dayandığı yerdə özlərini qəfəsə çırpırlarsa, bu xəstəlik əlamətidir.

Tutuquşların növləri

Tutuquşuların 330 növü vardır.15-80 il arası yaşayırlar. Kiçik tutuquşular böyük tutuquşulara nisbətən daha az yaşayır. 

Tutuquşların qiyməti

Tutuquşların qiyməti 15 manatdan 2000 manata qədər növlərinə görə dəyişir. 

Tutuquşlara verilən yemək

Heyvanlar üçün nəzərdə tutulan dükanlarda tutuquşların yaşına və aylığına görə müxtəlif  yeməklər satılır. Həmin yeməklərdən alıb gün ərzində 4 dəfə yedirtmək lazımdır. Bundan əlavə, evdə peçenini əzib, suya qatıb tutuquşuya vermək olar. Həmçinin, bişmiş düyünü, qarabaşaqı əzərək tutuquşuya yedirtmək olar. Hər gün suları dəyişilməlidir. 

Tutuquşunun qəfəsinin təmizlənməsi

Tutuquşların qəfəsləri hər 2-3 həftədən bir təmizlənməlidir.