Paytaxtın Nizami rayonunda yerləşən evlərin birindən 1000 manat dəyərində qızıl-zinət əşyası və nağd pul vəsaiti naməlum şəraitdə talanıb.
“İki sahil” xəbər verir ki, polis əməkdaşlarının keçirdikləri tədbirlə 24 yaşlı M.Abbasov qeyd olunan əməli törətməkdə şübhəli bilinərək saxlanılıb. Araşdırmalarla onun qonaq getdiyi qohumu evində zərərçəkənin diqqətinin yayınmasından sui-istifadə edərək oğurluq əməlini törətdiyi məlum olub.
Nərimanov rayonunda isə evlərin birindən 3060 manat oğurlamaqda şübhəli bilinən 34 yaşlı Ə.Əzizi də polis əməkdaşları tərəfindən saxlanılıb. Araşdırmalar zamanı məlum olub ki, o, usta kimi çalışdığı evdən pul vəsaitini talayıb.
Faktlarla bağlı araşdırmalar aparılır.