10 may 2026 11:09
104

Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir - Prezident İlham Əliyev

Azərbaycan Slovakiya ilə tərəfdaşlığı yüksək qiymətləndirir.

“İki sahil” xəbər verir ki, bunu Azərbaycan Prezidenti İlham Əliyev Slovakiyanın Baş naziri Robert Fitsonun "X" sosial media hesabında etdiyi paylaşıma eyni platformada verdiyi cavabda qeyd edib.

"Əziz Robert, Azərbaycan haqqında doğru və dəyərli sözlərinizə görə təşəkkür edirəm. Tərəfdaşlığımızı yüksək qiymətləndirirəm, Slovakiyaya səfərim zamanı qonaqpərvərliyə görə bir daha təşəkkür edirəm və tezliklə sizi Bakıda görməyi səbirsizliklə gözləyirəm", - İlham Əliyev bildirib.