19 dekabr 2016 22:53
620

Sahibinə milyonlar qazandıran əşyalar

Dünyada kimlərinsə fikirləşdiyi və ya icad etdiyi sadə əşyalar mövcüddur. Belə bir əşyalar sahiblərinə külli miqdarda pul qazandırıb və indiyə qədər də milyonlar qazandırır.

Gülən adam

Bu obraz 1963 - cü ildə meydana çıxıb. Yaradıcısı isə amerikalı rəssam Harri Boll olub və o, bu təsvirə 45$ vəsait ödəyib.  Sonra isə Bernard və Myürrey qardaşları  başa düşüblər ki, bu təsvirdə nəhəng marketinq potensialı gizlənir. Sonralar  qardaşlar bu cür lisenziya təsvirin satışından 50,0 milyon dollar qazanc əldə ediblər.

Oyuncaq plastik yay (Rainbow  Slinky)

Bu yay dünyada ən məhşur oyuncaqlardan biri hesab olunur. Yaradcısı isə Richard Ceymsdir. Belə bir ideya onun ağlına təsadüfən gəlib, lakin Ceyms və onun qohumları bu plastik oyunlardan təxminən 250 milyon dollar pul qazanıblar.

İlk dəfəyə bir milyon dollar

Aleks Tyu bu mükəmməl ideyasına görə, demək olar ki, bir günə bir milyon dollar pul qazanır. İkinci kurs tələbəsi Aleks öz təhsil haqqını ödəmək üçün vicdanlı şəkildə  pul qazanmaq yolları axtarıb. Beləliklə, onun ağlına belə bir ideya gəlib: özünün saytında reklam satışı məkanı yaradıb. Aleks hər bir reklam pikselini cəmi bir dollara satıb.

Başı aşağı çevirilmiş butlka

Başı aşağı çevirilmiş butlkalar 1991 - ci ildə meydana çıxıb.  Şampun istehsalçıları və bir çox brend şirkətlər Pol Braunun həyata keçirdiyi bu ideyanı uğurlu şəkildə öz istehsallarında istifadə edirlər.   Patentlənmiş taralar o dərəcədə məhşurlaşıb ki, artıq 1995 - ci ildə Braun butlkalara dizayn verən özünün şəxsi patentlənmiş şirkətini yaradıb və onun bu şirkətdən gəliri 14 milyon dollardır.

Leykoplastırlar

Bu vasitə demək olar ki,  bir çox insanların  dərman qutusunda var. Bu vasitə yara üçün ilk yardım məqsədi ilə istifadə olunur. Leykoplastrlar 1920 - ci ildə  “Johnson & Johnson” şirkəti tərəfindən istehsal olunub. Bu gün bu vasitə inanılmaz dərəcədə yüksək sayda satılır.

Yarlıklar

Baxmayaraq ki, bu yapışdırıcılı  kağız parçasıdır, istənilən səthə  yapışdırmaq mümkündür. Belə bir ideya təsadüfən Spens Silverin fikrinə gəlir. Beləlikə, cənab Silver bu vasitədən bir milyard dollardan çox pul qazanıb.