Hondurasın San Pedro Sula şəhəri dünyanın ən qorxulu, qəddar və ən çox cinayət hadisələrinin baş verdiyi şəhər hesab olunur. Keçən il aparılan araşdırmalara görə, 1 milyon sakini olan San Pedro Sula şəhərinin 100000 kasıb əhalisi narkokartellər tərəfindən qətlə yetirilib. Mərkəzi Amerikada yerləşən bu şəhərin zorakılıqla bağlı müşahidə məntəqəsinin verdiyi məlumata görə, hər gün 20 nəfər müxtəlif səbəblərdən bu şəhərdə qətlə yetirilir.
Qeyd edək ki, San Pedro Sula müharibənin ən çox baş verdiyi şəhərlər sırasında - 173-cü yerdə qərarlaşıb. İqtisadiyyatın çox zəif inkişaf etdiyi, korrupsiyanın baş alıb getdiyi və mütəşəkkil cinayətkarlığın həddən çox olduğu bu şəhərdə insan həyatı heçə sayılır. Küçələri səs-küylü olan bu şəhərdəki köşklərdə satılan qəzetlərin başlıca mövzularını qorxunc cinayət hadisələri təşkil edir.
Əhalinin çoxunun yoxsulluqla yaşadığı San Pedro Sula şəhərində polislərin və aidiyyəti qurumların olmasına baxmayaraq narkobandalar burada tam sərbəst hərəkət edirlər. San Pedro Sula şəhərinin polis rəisi Jose Amilcar Mejia ölənlərin rəsmi sayının vəzifəli şəxslər tərəfindən saxtalaşdırıldığını və bunun bir tələ olduğunu bildirib. Təhlükəsizlik Nazirliyi polislərin apardığı reydlər və iştirak etdikləri əməliyyatlar barədə məlumatları yaymağı qadağan edib. Xəstəxanalar hər gün ölü və yaralı insanlarla dolu olur. San Pedro Suladakı qətl, qarət və oğurluqların qarşısını almaqda Honduras polisi sanki aciz qalıb. Əhali bəzən şəhərdə polisin də cinayət törətdiyini bildirir. Lakin polisin dinc insanları öldürməsi ilə əlaqədar olaraq hələ ki, heç bir kəs cəzalanmayıb.