Böyük Azərbaycan şairi və mütəfəkkiri Nizami Gəncəvi hələ min il əvvəl bütün xalqların müdriklik və xeyirxahlıq qarşısında bərabər olduğunu qeyd edib. Bu gün də müdriklik və xeyirxahlıq xalqları birləşdirən əsas dəyərlərdən biri olaraq qalır.
“İki sahil” xəbər verir ki, bunu Türk Dövlətləri Təşkilatına üzv ölkələrin qeyri-hökumət təşkilatlarının II Əməkdaşlıq Forumunda çıxış edən Qazaxıstan Vətəndaş Alyansının prezidenti Banu Nurqaziyeva bildirib.
Onun sözlərinə görə, dünya hazırda mürəkkəb dövrdən keçir, qlobal dəyişikliklər və çağırışlarla üz-üzədir.
“İqlim dəyişiklikləri, humanitar böhranlar, əmək bazarının transformasiyası və rəqəmsal texnologiyaların sürətli inkişafı artıq abstrakt proseslər deyil, hər bir insanın həyatına təsir edən reallıqdır. Belə şəraitdə vətəndaş cəmiyyətinin rolu xüsusi əhəmiyyət daşıyır. Qeyri-hökumət təşkilatları sadəcə strukturlar deyil, insanlardan ibarət canlı platformalardır. Onlar başqasının ağrısına biganə qalmayan, yardıma ehtiyacı olan insanların yanında olan şəxslərdir. Bu, vəzifə borcundan deyil, qəlbin çağırışı ilə fəaliyyət göstərən könüllüləri. Türk xalqları əsrlər boyu həmrəylik və qarşılıqlı dəstək ənənələrini qoruyub saxlayıblar. Bizim xalqlarımız sadə, lakin dərin məna daşıyan bir hikməti nəsildən-nəslə ötürüblər: harada birlik və razılıq varsa, orada rifah var. Türk dünyası tarixən yalnız ortaq keçmişlə deyil, eyni zamanda ortaq dəyərlərlə birləşib. Böyüklərə hörmət, yaxınlara qayğı, ənənələrə sədaqət və gələcək nəsillər qarşısında məsuliyyət hissi bizi birləşdirən əsas prinsiplərdir”, – deyə Qazaxıstan Vətəndaş Alyansının prezidenti bildirib.
TÜRKPA Baş katibinin müavini: Türk dünyası artıq ortaq strateji hədəflər ətrafında birləşə bilir
Baş nazirin müavini Samir Şərifov Səudiyyə Ərəbistanının nümayəndə heyəti ilə görüşüb
Vüsal Qasımlı: 2035-ci ilə qədər Qarabağ və Şərqi Zəngəzurda 200-ə yaxın şəhər, kənd və qəsəbə bərpa olunacaq
Prezident İlham Əliyev BMT-nin Məskunlaşma Proqramının icraçı direktorunu qəbul edib