16 may 2026 14:41
83

Dəmiryol Muzeyinə giriş sərbəst olacaq

18 May — Beynəlxalq Muzeylər Günü münasibətilə Azərbaycan Dəmiryol Muzeyində "Açıq qapı" günü keçiriləcək.

“İki sahil” xəbər verir ki, ziyarətçiləri Azərbaycanın dəmir yollarının tarixi ilə tanış olmağa, keçmişlə bu gün arasında qurulan yolu birlikdə kəşf etməyə dəvət edirik.

Giriş sərbəstdir.

Qeyd edək ki,  bu il “Muzeylər bölünmüş dünyanı birləşdirir” mövzusu ilə qeyd olunan Beynəlxalq Muzeylər Günü mədəniyyətin insanları bir araya gətirən gücünü ön plana çıxarır.