17 may 2026 16:40
133

WUF13-ün braziliyalı iştirakçısı: Azərbaycan müzakirələr üçün mühüm platforma yaradır

WUF13-də Azərbaycan şəhərlərin dayanıqlığını artırmaq, su və sanitar xidmətlərin yaxşılaşdırılması istiqamətində müzakirələr üçün mühüm platforma yaradır.

“İki sahil” xəbər verir ki, bu sözləri Birləşmiş Millətlər Təşkilatının (BMT) Ümumdünya Şəhərsalma Forumunun 13-cü Sessiyasında (WUF13) iştirak edən Ligia De Souza AZƏRTAC-a açıqlamasında bildirib

O qeyd edib ki, iqlim dəyişikliyi və şəhərlərin üzləşdiyi çətinliklər fonunda dayanıqlı və davamlı infrastrukturun qurulması vacibdir. İştirakçının sözlərinə görə, insanların bu prosesin mərkəzində olması xüsusi əhəmiyyət daşıyır.