20 may 2026 17:44
94

Aqrar Xidmətlər Agentliyinin sədri Sabirabadda aprobasiya prosesinin gedişatı ilə tanış olub FOTO

Aqrar Xidmətlər Agentliyinin (AXA) sədri Sabirabad rayonunda aprobasiya prosesinin gedişatı ilə tanış olub

“İki sahil” xəbər verir ki, səfər çərçivəsində Fructus Aqropark MMC-nin toxumluq taxıl sahələrinə baxış keçirilib, toxumçuluqda rəqəmsal həllərin tətbiqi məqsədilə yaradılan AXA Mobil tətbiq vasitəsilə ilk dəfə olaraq aprobasiya prosesinin izlənilməsi və nəticələrin sənədləşdirilməsi həyata keçirilir.

AXA Mobil tətbiq sahədə məlumatların operativ və mərkəzləşdirilmiş şəkildə ötürülməsi, eləcə də nəticələrin elektron formada paylaşılması baxımından mühüm üstünlüklər təqdim edir.

Eyni zamanda aprobator və mütəxəssislərə aprobasiya işlərinin mövcud təlimata uyğun aparılması ilə bağlı müvafiq tapşırıq və tövsiyələr verilib.