60 saniyədə 923 kirəmid sındırdı - Qadına bax!
Həm həyat yoldaşı, həm də özü endirdiyi zərbələrlə rekord vurdu. Böyük Britaniyalı Liza Denis dünyanın ən güclü qadınlarından biridir. İllərdir taekvando ilə məşğul olan zərif cinsin nümayədəsi 60 saniyə ərazində nə az, nə çox 923 kirəmid sındırıb.
Piltələrə 2 əlli zərbələr endirən Liza, hər əli ilə 10 kirəmidi sındırmağa müvəffəq olub. Daha sonra bir əllə zərbə endirən qadın idmançı 60 saniyə ərzində rekord sayda kirəmid sındıra bilib. Sadəcə iki piltə onun zərbələrindən sonra salamat qala bilib.
Bu döyüşçü 2014-cü il martın 26-da min kirəmidi sındırmaqla da dünya rekordu vurmuşdu. Sadəcə olaraq, o qədər kirəmidi sındırmaq bir dəqiqədən daha çox- 83 saniyə vaxt aparmışdı.
Onu da qeyd edək ki, Lizanın həyat yoldaşı da eyni döyüş növü ilə məşğul olan dünya rekordçusudur. Kris Pitman 1000 kirəmidi 51 saniyədə sındırmaqla ilkə imza atmışdı.