Yer üzündə milyonlarla maraqlı yerlər, insanlar, abidələr, binalar və əşyalar var. Bütün bu sahələrdən ən maraqlı faktları toplayaraq sizin diqqətinizə çatdırırıq.
Maraqlı faktlardan biri elə odur ki, “Google” və “Yandeks”də ən çox axtarılan söz birləşməsi “Maraqlı faktlar” söz birləşməsinin özüdür.
Ginnesin Rekordlar kitabına dünyanın bütün rekordları daxildir. Elə 75 yaşlı Albert Markantonio da Ginnesin Rekordlar kitabına daxil olub. İngilis şəhərlərinin birində yaşayan bu kişi uzunluğu 165 sm olan dünyanın ən uzun balqabağını yetişdirib. Yeri gəlmişkən, ən çox oğurlanan kitab elə Ginnesin Rekordlar kitabıdır ki, məhz elə buna görə də elə bu kitaba daxil olub.
Dünyanın ən yüksək dağı Everest dağı hesab olunur. Lakin hündürlüyü 10 203 m olan dağ mövcuddur. Bu dağ okean dərinliyində yerləşir və yalnız 4205 m suyun üzərindən olan uzunluğudur. Bu dağın adı Mauna-Keadır və o Havay adalarında yerləşir.
Dünyanın ən böyük avtomobili “Ford F650” hesab olunur. Onun çəkisi təxminən 12 tondur və onun qiyməti isə 80 000 dollar dəyərindədir.
Bu faktı oxuyanların 95 faizi sınaqdan keçirmək istəyəcək. Əgər yuxuda olan insanın çeçələ barmağını əlinizə götürsəniz həmin yuxulu insan ona verilən bütün sualları cavablandıracaq.
Əgər siz çay içməyi xoşlayırsınızsa, o zaman diqqətinizə “Daxunpao” çayını çatdırırıq. Belə ki, bu çaydan 20 qram içmək istəyən şəxs 25 000 $ pul ödəməlidir.
Bu faktı isə möcüzə adlandırsaq daha düzgün olar. Belə ki, 1945-ci ildə balaca cücənin başını kəsdikdən sonra həmin cücə 18 ay başsız yaşayıb. Sahibi qidanı cücənin birbaşa qida borusuna tökərək qidalandırıb.
Biz hamımız Dubayı tanıyırıq və orada çoxlu pulların olduğunu bilirik. Buna görə də bu şəhərdə olan 126 dayanacaq kondisionerlə təmin olunub.
Əksəriyyət insanlar və məhz cavanlar qulaqcıqdan istifadə edir. Yalnız bir saat qulaqcıqdan istifadə etmək qulaqda bakteriyaların 700 dəfə çoxalmasına səbəb olur.
Qarabaşaqdan hazırlanan sıyığın çox faydalı olduğunu hamı bilir, lakin heç kəs onun mədəni saqqızdan təmizlədiyini bilmir.
Əsnəmə təhlükəli müddətdir. Niyə? Sadəcə əsnəmə vaxtı insan ani huşunu itirir və yalnız bir neçə andan sonra özünə gəlir. Bu o qədər sürətli olur ki, biz onu hiss etmirik.
Toy ilə əlaqəli hadisələr də Ginnesin Rekordlar kitabına daxil olub. Nikahda ən böyük yaş fərqi məhz Malayziyada keçirilən toy mərasiminin Ginnesin Rekordlar kitabına daxil olmasına səbəb olub. Belə ki, gəlinin 22 yaşı, bəyin isə 105 yaşı olub.
Dünyanın ən bahalı avtomobili “Bugatti Veyron 16.4 Super Sport” hesab olunur. Onun qiyməti 2 800 000$ dəyərindədir.
Bambuk 24 saat müddətində 3 metr hündürlüyündə uzana bilir.
İslandiyada yerləşən dənizin sahili qara rəngdədir. Bu sahil qara qaya daşlarından və qara çınqıllardan ibarətdir. Yer üzündə buna oxşar bir neçə çimərliklər mövcuddur.
Dünyanın ən böyük ağacı “Prezident” adlı sekvoya ağacı hesab olunur. Bu ağac ABŞ-ın Milli parklarından birində yerləşir. Bu ağacın 3200 il yaşı olduğu müəyyən edilir.
Mobil operatorlar SMS-dən hər dəqiqə 812 000$ pul qazanır.
Yer kürəsinin bir ildə sərf etdiyi enerjini Günəş bir dəqiqədə istehsal edir.
1 000 000 dolların hamısını 1 dollarla əvəz etsən çəkisi bir ton olar.
Dünyada ən böyük mağazanın sahəsi 293 905 kvadratmetr olub.
Şahmat oyunu Hindistanda düşünülüb.
Ana bətnində olan rüşeymin dördüncü günü ürəyi döyünməyə başlayır və bir də insan öləndə dayanır.
Mavi gözlü insanlar işığa qarşı daha həssasdırlar.
Yağış B12 vitamini ilə zəngindir.
Qırmızı rəng dünya ölkələrinin bayraqlarında əks olunan ən məşhur rəngdir.
Könül Əliyeva, “İki sahil”