21 dekabr 2016 14:00
591

Qorxunc məkanlar

Dünyada bizim təsəvvür belə edə bilməyəcəyimiz  qəribə görünüşə malik yerlər mövcuddur. Bu yerlər öz qəribə görünüşləri ilə insanlarda vahimə yaradır. Belə yerlər çox vaxt insanlarda tənginəfəslik, qorxu ilə xarakterizə edilən psixoloji nasazlıq əmələ gətirir. Biz çox vaxt bu hallara qaranlıqda gəzərkən rast gəlirik. Yanımızdan kölgənin keçdiyini, dumanın müxtəlif formalar aldığını görəndə  dərindən nəfəs almağa, dua etməyə və həmin ərazidən sürətlə uzaqlaşmağa başlayırıq. Qarşılaşdığımız bəzi yerlər bizə qorxunc, bəziləri isə sirli görünür. Bəs bu cür yerləri araşdırmağa can atmağımıza səbəb nədir? Dünyanın ən qorxunc  3 məkanı ilə tanış olaq:

1. Tapmaca evi - Floridanın Palma Çimərliyi əyalətində yerləşən bu ev qədim vaxtlarda cənazə salonu olub.  Daha sonralar Tapmaca evi  dağıdılaraq yenidən Cənubi Floridanın Yesteryear kəndində  tikilib. 1920-ci ildə bu ev Karl Riddleyə məxsus olur. Karl Riddleyin keçmiş əməkdaşlarından biri olan Teror İosif  evin çardağından özünü asaraq intihar edib. İosif hər hansı səbəbdən otağa daxil olan insanlara nifrət bəsləyər və daim bu insanlara hücum edərdi.

2. Cəhənnəm şəhəri (Boston Tovnship) - ABŞ-ın Ohayo ştatının Summit əyalətinin  şimal hissəsində yerləşir və qorxunc ləqəbli şəhər kimi tanınır. 70-ci illərdə Boston Tovnship şəhərindəki əhali evakuasiya edilib və şəhər dövlətin tabeçiliyinə keçib. Evlər sökülüb və bu ərazi park kimi istifadə olunub.

Bəs bu şəhərə belə ad verilməsinə səbəb nədir?  Əhali gecə burada tək  maşın sürərkən  qaranlığın yaratdığı vahimənin  insanda nəinki  qorxu, eyni zamanda,  nasazlıq da yaratdığını bildirir. Burada yerləşən Stanford  yolu “cəhənnəmə doğru  yol” adlandırılır və  əfsanəyə görə bu yol dünyanın sonu hesab olunur.

3. Humberstone və Lanoria - bu iki mədənin yerləşdiyi şəhər Çili yaxınlığındadır. Bu yaxınlarda bu ərazi haqqında SyFy telekanalında yayımlanan “Destination Truth” verilişində  bir epizod nümayiş olunub.

Şəhərin əsası 1872-ci ildə qoyulmuş və burada yerləşən Humberstone və Lanoria duz mədənləri  hesabına şəhər məşhurlaşıb, bu da duz istehsalatının inkşafına səbəb olmuşdur. Lakin istehsalın səviyyəsi getdikcə azalmağa başlamış və  1958-ci ildə hər iki mədən dağıdılmışdır. Efsanəyə görə, hər iki mədən  dağıdılan zaman çoxlu sayda qul həlak olmuşdur.  Məhz bu hadisədən sonra gecələr Humberstone mədənindən səslərin eşidildiyi və burada  ölülərin gəzdiyi iddia edilir.

Leyla Şıxəliyeva, “İki sahil”