25 may 2026 08:27
101

Nüvə silahı üzrə konfransda yekun sənədin olmamasının səbəbi...

Vaşinqton administrasiyası hesab edir ki, Nüvə Silahlarının Yayılmaması haqqında Müqavilə barədə İcmal Konfransında yekun sənədin olmaması İranla bağlı fikir ayrılıqları ilə əlaqəlidir.

“İki sahil” xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin mətbuat xidmətinin müavini Tommi Piqottun yazılı açıqlamasında bildirilir.

O, Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə imza atan dövlətlərin 2026-cı il İcmal Konfransında yekun sənəd barədə razılığa gələ bilməməsindən təəssüfləndiyini bildirib.

"Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə qoşulan bəzi dövlətlərin İran tərəfindən yaranan təhlükəni ciddiyə almaması ABŞ tərəfindən gələcək fəaliyyətimizdə həll ediləcək", - T.Piqott qeyd edib.

O, əlavə edib ki, ABŞ müqaviləyə və onun üç istiqamətinə: nüvə tərksilahı, yayılmaması və nüvə enerjisinin dinc məqsədlərlə istifadəsi prinsiplərinə sadiq qalır.

T.Piqott həmçinin bildirib ki, Vaşinqton gələcək silah nəzarəti ilə bağlı konstruktiv dialoqu dəstəkləyir və hesab edir ki, İran müqavilə üzrə öhdəliklərini yerinə yetirməyəcək.