29 may 2026 11:33
333

Azərbaycandan tranzit keçməklə Rusiyadan Ermənistana buğda və gübrə göndərilib

Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə növbəti tədarük həyata keçirilib.

“İki sahil” xəbər verir ki,  4 vaqondan ibarət çəkisi 280 ton olan buğda və 4 vaqondan ibarət çəkisi 277 ton olan gübrə bu gün Biləcəri stansiyasından Böyük Kəsik istiqamətinə göndərilib.

Qeyd edək ki, indiyədək Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə 28 min tondan çox taxıl, 4 min tondan çox gübrə, 133 ton alüminium və 68 ton qarabaşaq göndərilib.